YOOtheme

EEQ

EEQ - elektroensefaloqrafiya - baş beynin hüceyrələrinin bioelektrik aktivliyin qeydiyyatı və kompyuterli analizinin qansız, ağrısız müayinə üsuludur. Müayinə bütünlüklə baş beynin, həm də ayrı-ayrı bölgələrin funksional vəziyyətini əks etdirir. Müayinənin yaş məhdudiyyəti yoxdur,yeni doğulmuş uşaqlardan yanaşı yaşlılarda da rahatlıqla aparıla bilər. Göstərişlər: epilepsiya, baş agrıları, kəllə-beyin travmaları, uşaqlarda doğuş travmaları, baş gicəllənməsi, huşun itməsi, paroksizmal vəziyyətlər.

REQ - reoensefaloqrafiya- baş beynin damar sistemini əks etdirən müayinədir.Bu müayinədə yaş məhdudiyyəti yoxdurMüayinə tam ağrısızdır..Göstərişlər: qan təzyiqinin artması,baş ağrıları,baş gicəllənmələr,xroniki və kəskin damar çatışmamazlığı, qan dövranı pozulması, vertebro-bazilyar hövzəsində qan çatışmamazlığı.

EXO-EQ - exoensefaloqrafiya-ultrasəs müayinəsi baş beyində olan kəllə daxili təzyiqi və həcmli prosesləri aşkar edir.Müayinə tam ziyansız,ağrısızdır və yeni doğulan uşaqlardan başlayaraq bütün yaş qruplarında aparıla bilər.

Dil seçimi

Səsvermə

Depressiyadan əziyyət çəkirsinizmi?
 

Bizi Facebookda izlə

.