YOOtheme

FİTOTERAPİYA

Fitoterapiya (yunanca phyton — «bitki» və therapeia — «terapiya») — dərman kimi bitkilərdən istifadə olunan müalicə üsulu. Fitoterapiya insan orqanizminin yaxşılaşması və xəstəliklərin müalicəsində real effektiv üsuldur. Biz nə qədər təbiətə yaxın dursaq, bir o qədər az xəstələnəcəyik! Əgər sağlam yaşamaq istəyiriksə, biz təbiət və özümüzlə barışıq olmalıyıq. Müasir dünya ilə ayaqlaşmaq, öz tələbatlarımızı əldə etmək uğrundə əlimizdə olan ən dəyərli şeyi – sağlamlığımızı itirdiyimizi heç düşünmürük də... Sağlam həyat siması daha çox bu aspektlərdə özünü göstərir:

Düzgün və müxtəlif qidalanma

Dünya ilə tamamlayıcı harmoniya

Bitki və heyvan aləmi ilə yaxın münasibət

İnsanlarla aktiv və sağlam ünsiyyət

Aktiv ruhi fəaliyyət (yaradıcılıq)

Və əlbəttə ki, özünü təkmilləşdirmə, öz-özünü təhlil etmə və daimi mənəvi inkişaf.

Fitoterapiya – güclü və ziyansız üsuldur. Ciddi savadlı başlanğıc tələb edir, ola bilsin ki, bu sağlam həyat üçün ilk addım olacaq. Bitkilər sizin sağlamlığınız üçün çox böyük gücə sahibdirlər. Bu güc bizim ayaqlarımızın altındadır, sadəcə, o gücdən istifadə etməyin qaydalarını bilmək lazımdır.

Dil seçimi

Səsvermə

Depressiyadan əziyyət çəkirsinizmi?
 

Bizi Facebookda izlə

.