YOOtheme

Fizioterapiya

Fizioterapiya - bu elə müalicə üsullarındandırki, kimyəvi faktorlardan (dərmanlardan) deyil, fiziki - cərəyan, maqnit dalğaları, lazer, ultrasəs və s. istifadə olunur. Fizioterapiya (physis- təbiət + therapeia-müalicə). Onurğa sütununun osteoxondrozu — onurğaarası diskin və onurğanın hərəkətli seqmentlərində digər toxumalarının sistem degenerativ-distrofik zədələnməsidir. Zədələnmənin xarakterindən asılı olaraq müxtəlif fəqərə-nevroloji, əzələ-tonik, neyrodistrofik, vegetodamar pozulmalar üzə çıxır. Fizioterapiya ağrı sindromunun aradan götürülməsinə zədələnmiş seqmentdə mikrisirkulyasiyanın və qan dövranının artırılmasına yönəldilir, iltihab əleyhinə və ödem əleyhinə təsir edir, metoboloik və distrofik pozulmaları bərpa edir.

Fizioterapiyaya göstəriş:
• Müxtəlif lokalizasiyalı və etiologiyalı ağrı sindromu.
• İltihabi xəstəliklər (kəskin,xroniki);
• Mübadilə pozulmaları (artroz, osteoxondroz,piylənmə,şəkərli diabet,podaqra,immunitetin azalması)
• spazma
• bağırsaq hərəktliyinin aşağı olması
• bitişmələr-spayka (profilaktika və müalicə)
Ginekologiyada:
• artımların iltihabı (adneksit);
• alqomenoreya (ağrılı aybaşı);
• klimakterik sindrom
• aybaşı önü sindrom
• sonsuzluq
Urologiyada:
• sistalgiya (sidik kisə ətrafında ağrı);
• xroniki sistit
• pielonefrit
• sidik saxlaya bilməmək (doğuşdan sonra və kiçik çanaq əməliyyatdan sonra)
• yüksək ağrılı xroniki prostatit, erektil disfunksiya
Dermatologiyada:
• herpes
• selülit
• yeniyetmə sızanaqları
Qastroenterologiyada:
• köp
• diareya
• xroniki qastrit
• mədənin və 12 barmaq bağırsağın yara xəstəliyi qaraciyərin və öd kisəsinin xroniki xəstəliyi
• mədəaltı vəzin xroniki xəstəliyi 
Nevrologiya və travmatologiyada:
• müxtəlif lokalizasiyalı ağrı sindromu 
• radikulit (protruziya, fəqərəarası diskin yırtığı)
• artrozu, osteoxondroz, artrit, spondilit;
• yuxusuzluq;
• baş ağrıları, miqren;
• depressiv sindrom.
• neyrosirkulyator distoniya, vegetodamar distoniya 
• üçlü sinirin iltihabı 
• üz sinirinin iflici
• qabırğaarası nevralgiya
• işemik insultdan sonra birtərəfli iflic.

Dil seçimi

Səsvermə

Depressiyadan əziyyət çəkirsinizmi?
 

Bizi Facebookda izlə

.