YOOtheme

Tibb mərkəzi “GÜLÇİN medical centre” psixonevrologiya, fizioterapiya profillidir. Klinikada əsasən nevroz, nevrozabənzər hallar, nevrotik pozuntular müalicə olunur. Beləki ürək qan damar sistemi xəstəlikləri, şəkərli diabet, onurğa sütunu xəstəlikləri və bir sira xəstəliklərdən yaranmış nevrotik pozuntuları müvəffəqiyyətlə qeyri dərman üsullari ilə müalicə aparılır. Bununla bərabər hər bir daxil olunan xəstələrə chek-up müayinə olunur (EKQ, USM, laborator müayinə və s.) və ehtiyac olunan həkimlərin konsilumu keçirilir. İndividual proqram əsasında xəstənin sağalması üçün tədbirlər aparılır.
Klinikamiz 2007-ci ildə təsis olunmuşdur. Mərkəz N.Şahbazov küçəsi 36-da (ABŞ səfirliyi yaxınlığında) yerləşir. Rəhbəri 30 il səhiyyədə fəaliyyət göstərən Ali dərəcəli həkim psixonevroloq Əliyeva Gülçin Sabir qızıdır. Klinikamiza Azərbaycanda ha belə xarici ölkələrdə ixtisaslaşmış elmlər doktoru, elmlər namizədi, böyük iş təcrübəsi olan tibb işçiləri çalışır. Mərkəzdə yüksək keyfiyyətli müayinə və müalicə, ha belə məsləhət xidmətləri həyata keçirilir.



 

Dil seçimi

Səsvermə

Depressiyadan əziyyət çəkirsinizmi?
 

Bizi Facebookda izlə

.