YOOtheme

HİRUDOTERAPİYA

Hirudoterapiya – zəli ilə müalicə. Müasir dövürmüzdə tibb elmi nə qədər inkişaf etsədə bu müalicə növü hələdə praktikdir. Mənbələrə görə zəli ilə müalicənin tarixi 2500 il əvvələ gedir. İbin Sinanin əsərlərində də zəli ilə müalicədən söz açılır. Avropa ölkələrində də zəli ilə müalicə üsulundan geniş istifadə olunur.

Zəli ilə müalicə olunan xəstəliklərə gəlincə ginekoloji və uroloji xəstəliklərdən tutmuş ürək-damar, dermatologiya, allergiya, qan dövranı, həzm sistemi, qulaq-burun, göz, yüksək təzyiq, gözdə təzyiq, miqren və başqa müxtəlif xəstəliklərdə istifadə olunur və öz müsbət təsirini göstərir.

Zəlilərin üç çənəsi, 270 dişi var. Onun qana ifraz etdiyi 100dən artıq xeyirli maddələr var. Bunlar qan laxtalanmasını əngəlləyən yaranmış laxtaları əridən mikrobları məhv edən təzyiq tənzimləyici, əzələ yumşaldıcı, stress azaldan maddələrdir. Zəlinin ifraz etdiyi maddələr antioksidant, antibakterial, antidepresant xüsusiyyətlərə malikdir. Buna görədə zəli ilə müalicə olunan insalarda infeksiyalara qarşi müqavimət güclü olur.

Zəlinin ifraz etdiyi maddələrin əsasını gialuronidaza, hirudin, bdellinlər, egelinlər, detabilaza və s. təşkil edir. Gialuronidaza- gialuron turşusunu parçalayan fermentdir. Zəli dərini dələrkən gialuronidazanı ifraz edir ki, dərini rahat dəlib qanı sovura bilsin. Zəlinin tüpürcəyində olan hirudin qanın laxtalanmasının və trombların əmələ gəlməsinin qarşısını alır. Zəli ilə müalicə hər hansı bir xəstəliyə deyil bütün orqanizmə müsbət təsir göstərir (yuxu, iştahı, immuniteti, maddələr mübadiləsini yaxşılaşdırır).

Dil seçimi

Səsvermə

Depressiyadan əziyyət çəkirsinizmi?
 

Bizi Facebookda izlə

.