YOOtheme

MASSAJ

Massajın nə vaxt və harada yarandığını heç kim dəqiq bilmir. Hər zaman massaj ən asan müalicə vasitəsi kimi insanların köməyinə çatmışdı. Ən qədim dövürdən çinlilər, misirlilər massajdan həm müalicə həm də sadəcə dincəlmək üçün istifadə edirdilər.Hətta Hipokrat belə öz əl yazmalarında massaja xüsusi yer ayırıb, onun əhəmiyyətini vurğulayıb. Ən maraqlısı isə odur ki, bu gün XXI əsrdə tibbin demək olar ki, bütün sahələrinin inkişaf etdiyi bir vaxtda massaj hələdə öz gücü və əhəmiyyətini qoruyub saxlamaqdadır.

Massaj qan dövranın yaxşılaşdırır. O qanla dəri toxumaları arasında maddələr mübadiləsini tənzimləyir, əzələlərin qanla dolub güclənməsinə təsir edir. Bununla orqanizmin immun sistemi güclənir. Massaj əzələlərin sinirlərin bərpasına və dincəlməsinə xidmət edir.

Massaj zamanı qan dövranı tezləşir. Bunun nəticəsində əzələlər oksigenlə təmin olunur və bədəndə olan bəzi narahatlıqlar aradan qalxır. Massaj bilavasitə qan-damar və limfatik sistemə təsir göstərməklə maddələr mübadiləsini yaxşılaşdırır və bunun nəticəsində də piy qatları, duzlaşma olan nahiyyələr tədricən sağalmağa başlayır.

Nöqtəvi massajın xüsusi yeri var. Çünki hər hansı bir nöqtədə bir problem varsa nöqtələrlə massaj köməyə gəlir. Massajın harada və kimin tərəfindən edildiyi çox önəmlidir. Ona görədə tibbin bu növündən istifadə etmək üçün düzgün seçim etmək lazımdır. Bizim klinikamıza müraciət edərək müalicəvi massaj prossedurlarını keçə bilərsiniz.


Dil seçimi

Səsvermə

Depressiyadan əziyyət çəkirsinizmi?
 

Bizi Facebookda izlə

.