YOOtheme

Musiqi Terapiyası

Musiqi terapiyasında musiqi somatik və psixi xəstəliklərdən əziyyət çəkənlərin müalicəsi və reabilitasiyasında mühüm vasitələrdən biri kimi tətbiq olunur. Əsasən instrumental musiqiyə önəm verilir. Terapiya zamanı həkim musiqinin müşaiyəti fonunda xəstələrə şəfa tapmaları üçün həm də dərmanların köməyi və şifahi deyimlərlə təsir göstərməyə çalışır. Musiqinin təsir spesifikası orqanizmin və psixikanın müxtəlif sistemlərinin aktivləşdirilməsi ilə əlaqədardır və nəbzin döyünmə tezliyini, tənəffüs ritmini, ürək-damar sisteminin işini tənzimləmək məqsədi güdür.

Musiqi ağrı hisslərini azaltmaq, əzələ tonusunu bərpa etmək, ümumi psixi-emosional tonusu artırmaq imkanına malikdir. Psixatriyada nevrozdan tutmuş şizofreniyanın bəzi formalarına qədər xəstəliklərin müalicəsində də musiqi terapiyası müsbət nəticələr verməkdədir.

Müxtəlif çalğı alətləri insanın orqanlarına müxtəlif cür təsir göstərir: skripka, fortepiano əsəbləri daha yaxşı sakitləşdirir, fleyta və violençelin səsindən insan rahatlıq tapır, ürəyin ritmi düzəlir, qoboy, klarnet qara ciyərin funksiyasını musiqidən, günün saatından asılı olaraq aktivləşdirir, ya da sakitləşdirir. Mədə-bağırsaq traktının rezonans tezliyi "fa" notuna uyğundur, onun yuxarı tezliyi orqanizmdən toksik maddələri kənarlaşdırır.

Harmonik musiqi yaxşı psixoterapevtdir. İnsan həzin musiqi təranələri altında yatanda yaxşı yuxular görür. Belə musiqi işgüzar danışıqlarda gərginliyi yox edir, şagirdlər musiqinin müşayiəti olanda yeni dərs materiallarını daha diqqətlə dinləyir və yaddaşlarında saxlayırlar. Sevdiyi musiqini dinləməklə körpəsini əmizdirən ananın südü artır.

Dil seçimi

Səsvermə

Depressiyadan əziyyət çəkirsinizmi?
 

Bizi Facebookda izlə

.