YOOtheme

OSTEOXONDROZ

Xalq arasinda duzlaşma kimi taninan osteoxondroz geniş yayilmiş xəstəliklərdən biridir. Osteoxondroz onurğanın, xüsusi ilə fəqərəarası dısklərin disktrofiq-degenerativ (disklərin qidalanması və strukturunun pozulması) xəstəliyidir. Qeyd edək ki, onurğa sütununda 2ci boyun fəqərəsindən başlamaqla büzdüm fəqərəsinə kimi fəqərəarası disklər (qığırdaq) yerləşir. Fəqərəarası disklər onurğa üçün amortizasiya rolunu oynayır. Diskin kənarları sərt fibroz həlqədən, ortası elastik pulpoz nüvədən ibarətdir. Pulpoz nüvə özü sudan mikroelementlərdən, amin turşularından ibarətdir.

Hazırda bu xəstəlik cavanlaşıb, hətta 12-13 yaşlı uşaqlarda belə osteoxondroza təsadüf olunur. Uşaqlarda bu xəstəliyin yaranması onların travma ilə doğulması səbəb olur. Belə uşaqlarda əllərdə tərləmə, əsəbilik, skalioz xəstəliyi olur. İqlimində nəmişlik, rütubət, yod çatışmamazlığı olan bölgələrmizdə bu xəstəliyə daha çox təsadüf olunur. Yod çatışmamazlığında qalxanvari vəzin funksiyasında pozulma gedir və buda osteoxondroza səbəb olur.

Osteoxondroz boyun, döş, bel və oma fəqərələrində olur. Boyun nahiyyəsində olduqda aşağı və yuxarı ətraflarda piyləşmə və şişkinlik olur, barmaqlar yığılmır. Boyun osteoxondrozunda onurğa arteriyası sıxılır və vertebrobazilyar çatışmamazlıq yaranır və qan düvranı pozulur ki, buda çox ciddi problemdir. Bu xəstəliyi təyin etmək üçün mütləq düzgün diaqnoz qoyulmalı və müalicə başlanılmalıdır.


 

 

Dil seçimi

Səsvermə

Depressiyadan əziyyət çəkirsinizmi?
 

Bizi Facebookda izlə

.