YOOtheme

Yaz fəsli nevrozdan qurtulmağın ən yaxşı vaxtıdır!

14 Yanvar 2015

Yaz fəsli nevrozdan qurtulmağın ən yaxşı vaxtıdır!


BİZ SİZİ BU PROBLEMLƏRDƏN QURTARA BİLƏRİK! DƏRD SİZDƏ, DƏRMAN BİZDƏ!

 

Nevrozlar – sinir sisteminin geri dönen funksional pozğunluğu olub, sinir sistemine uzun müddet  üzücü təsir edən müxtelif faktorların təsiri nəticəsind baş verir.

Sadə dildə desək, nevroz uzun müddət davam edən xroniki streslərin nəticəsində inkişaf edir və bu zaman müxtəlif səbəblər üzündən insan uzun müddet onun üçün mürəkkəb hesab edilən bu vəziyyətdən çıxış yolunu heç cür tapa bilmir. Belə veziyyetlərə bir neçə misal da çekmek olar. Məsələn: insana onun hazırkı işi xoş gəlmir, ancaq o, başqa iş tapa bilmədiyi üçün bu işlə məşğul olmağa məcburdur; aile cütlüyü arasında uzun müddət ümumi qarşılıqlı anlaşma olmasa da, onlar uşaqlarına görə nigahlarını poza bilmirlər və s.

Qadınlar nevrozlara daha çox meylli olurlar ki, bu da onların kişilərə nisbətən daha emosional, həssas olmalarından irəli gəlir.

 

 

 

Nevrozun əsas əlamətləri aşağıdakılardır:

- Həyəcan, narahatlıq, qorxu, məyusluq, ümüdsizliyə qapanmaq; tez bir zamanda, hətta kiçik həcmli işin icrası zamanı baş vərən yorğunluq, həyat aktivliyinin zəifləməsi, yuxusuzluq, çətinliklə yuxuya getmək və ya yatıb-durduqdan sonra həqiqətən istirahət etmək hissinin olmaması, güclü işıqlanma və yüksək səsə ağrılı reaksiya. Müxtəlif fobiyaların yaranması (məsələn, insan birden-bire lifte, metroya və s. nəqliyyat vasitələrinə minməkden qorxur), beyinden çıxmayan fikirlərin və hərəkətlərin olması (məsələn, evdən çıxdıqdan sonra qaz, işıq, ütünün yanıq şəkildə qalmasından qorxaraq bir neçə dəfə geri qayıtmaq) da mümkündür.

- Orqanizmin digər orqan və sistemlərinde baş verən pozğunluqlar: iştahanın pis və əksine, həddinden artıq güclü olması, ürekbulanma, qəbzlik, ishal, qarında ağrı, baş gicellənməsi, arterial təzyiqin enib-qalxması, üəek döyüntülərinin tezləşməsi, ürək nahiyəsində olan narahatlıq hissi, cinsi pozğunluqlar və s.

- Boyun nahiyəsində, çiyinlərdə, beldə ağrılar, əllərdə titrəmə, tez-tez baş veren küt ve ya pulsasiya şəkilli baş ağrıları.

Nevroz – ciddi xəstəlik olub, mütləq müalicə tələb edir və bu müalicə nə qədər tez başlanarsa, o qədər xeyirli olur.

Adətən, nevroz xəstəliyini müalice edəndən sonra diger orqanlar tərəfindən olan pozğunluqlar da yox olur. Ancaq insan uzun müddət ərzində nevroz vəziyyətində qalarsa və tibbi yardım üçün müvafiq mütəxəssisə müraciet ətməzsə, bəzi hallarda nevroz fonunda onlarda mədənin xora xəstəliyi, bronxial astma, hipertoniya, neyrodermit (dəri xesteliyi) və digər xəstəliklər inkişaf edə bilər. Bundan başqa, bəzi hallarda şəxsiyyətin patoloji pozğunluqları kimi, daha ağır xəstəliklər bas verə bilər ki, onların da müalicəsi nevrozun müalicəsindən qat-qat çətin olur.

Nevrozun profilaktikasını hələ uşaq doğulmamışdan qabaq başlamaq lazımdır. Belə ki, qadın hamilə olarken düzgün qidalanmalı ve daim komfortlu emosional şəraitdə olmalıdır. Növbəti mərhələ uşağın düzgün tərbiyə edilməsi ve ailede sakit və mehriban şəraitin yaradılmasıdır. Böyük yaşlarda isə nevrozun profilaktikası üçün aşağıdakılara əməl etmək tövsiye olunur:

- Düzgün istirahət rejiminin və gündəlik yuxunun kifayət qədər olmasının təmin edilməsi. Tez-tez doyunca yatmamaq halları ve xroniki yorğunluq nevrozun yaranmasına "kömek” edir.

- Müntəzəm olaraq bəden tərbiyesi ilə meşğul olmaq (təmiz havası olan yərdə, xüsusen də meşəli yerdə qaçışla məşğul olmaq, üzgüçülük). İdmanla məşğul olmaq əzələ tonusunun artmasına səbəb olur. Əzələ tonusunun artması da öz növbəsində beyin hüceyrələrinin tonusunun artmasına gətirir.

Biz sizi bu problemlərdən qurtara bilərik! Gülçin Tibb Mərkəzində  çalışan psixonevroloqlar hər zaman qulluğunuzdadır!


Dil seçimi

Səsvermə

Depressiyadan əziyyət çəkirsinizmi?
 

Bizi Facebookda izlə

.