EEQ
EEQ - elektroensefaloqrafiya - baş beynin hüceyrələrinin bioelektrik aktivliyin qeydiyyatı və kompyuterli analizinin qansız, ağrısız müayinə üsuludur. Müayinə bütünlüklə baş beynin, həm də ayrı-ayrı bölgələrin
funksional vəziyyətini əks etdirir. Müayinənin yaş məhdudiyyəti yoxdur,yeni doğulmuş uşaqlardan yanaşı yaşlılarda da rahatlıqla aparıla bilər. Göstərişlər: epilepsiya, baş agrıları, kəllə-beyin travmaları, uşaqlarda doğuş travmaları, baş gicəllənməsi, huşun itməsi, paroksizmal vəziyyətlər.